
Rusiya və Türkiyə Müdafiə nazirləri Sergey Şoyqu və Hulusi Akar, Dağlıq Qarabağda ortaq atəşkəs monitorinq mərkəzinin yaradılması barədə memorandum imzalayıblar.Bu barədə Rusiya Müdafiə nazirliyi məlumatlandırıb.
Şoyqu qeyd edib ki, Rusiya, Azərbaycan, Ermənistan liderlərinin əldə etdiyi razılaşmalar, Rusiya sülhməramlılarının yerləşdirilməsi qan tökülməsini dayandırmağa, dinc həyata qayıtmaq üçün şərait yaratmağa imkan verir.
“Rus sülhməramlılarının olması böhran dövründə sabitliyi təmin edəcək, qaçqın axınının qarşısını alacaq və onların yaşayış yerlərinə qayıtmasını asanlaşdıracaq”-deyərək RF Müdafiə naziri vurğulayıb.
O, qeyd edib ki, “ortaq bir monitorinq mərkəzi yaradılması qərarı tərəflərin döyüş əməliyyatlarının dayandırılmasına etibarlı nəzarət etməyə imkan verəcək davamlı münaqişələrin həlli üçün möhkəm zəmin yaradacaq”.
Birgə mərkəz Azərbaycanda yerləşəcəkdir. Atəşkəs rejimini qorumağa əməl olunması barədə məlumat toplayacaq, ümumiləşdirəcək vəyoxlayacaqdır
Mərkəz, razılaşmaların pozulması ilə əlaqədar hər hansı bir şikayət, məsələ və ya narahatlıq ilə məşğul olan bir quruma çevriləcəkdir.