
Fransa Prezidenti Emanuel Makron Twitter-də yazıb ki, Mozambikdə mülki vətəndaşlara qarşı son hücumların yayılması, islamçı terrorizmin beynəlxalq birliyə yaratdığı təhlükədir.
Yerli KİV xəbər verir ki, son günlər “İslam dövləti” yaraqlılarının hücumları nəticəsində ən azı 50 nəfər ölmüşdür.
“Mozambikdə 50-dən çox insanın başı kəsilib, qadınlar qaçırılıb, kəndlər talan edilib və sonra yandırılıbdır.
Barbarlar sülh dinini terror toxumunu səpmək üçün istifadə edir. İslamçı terrorizm beynəlxalq bir təhdiddir”- deyərək Makron yazıb.