
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev ilə telefon danışıqları etdi.
Bu haqda Kremlin rəsmi saytı məlumatlandırıb.
Noyabrın 9-da qəbul edilmiş üçtərəfli razılaşmaların həyata keçirilməsinin praktik aspektlərinin müzakirə olunduğu qeyd olunur.
Sevindirici haldır ki, atəşkəs rejimi qorunur və təmas xəttində vəziyyət kifayət qədər sakitdir.
Rusiya Prezidenti İlham Əliyevlə söhbəti zamanı xüsusilə qeyd edib ki, üçtərəfli bəyanata görə Azərbaycana qaytarılacaq bölgələrdə xristian məbədləri və monastırlar mövcuddur.
Bu baxımdan, bu ziyarətgahların qorunub saxlanılmasının və normal kilsə həyatının təmin olunmasının vacibliyini vurğuladı.
Azərbaycan prezidenti bu istiqamətdə anlayış nümayiş etdirərək Azərbaycan tərəfinin həmin prinsip əsasında hərəkət edəcəyini söylədi.