ArtsaxBaşlıcaSiyasət

Türkiyənin heç bir sülhməramlısı Qarabağda olmayacaq. Lavrov

Türk müşahidəçilər həmişə monitorinq mərkəzində olacaqlar, Qarabağa girməyəcəklər. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və xarici KİV-lərə verdiyi müsahibə zamanı deyib.

Bundan əlavə, onun sözlərinə görə, Rusiya və Türkiyənın Dağlıq Qarabağ üzrə monitorinq mərkəzi pilotsuz uçuş aparatlarından istifadə edərək məsafədən çalışacaq.

“Türkiyə Respublikasının heç bir sülhməramlısı Qarabağa göndərilməyəcək”- deyə o qeyd edib.

Nazir qeyd edib ki, mərkəz yalnız məsafədən çalışacaq, obyektiv nəzarətin texniki vasitələrindən, o cümlədən pilotsuz uçuş aparatlarından, Qarabağdakı, ilk növbədə təmas xəttindəki vəziyyətə aydınlıq gətirməyə imkan verən digər texnologiyalardan istifadə edəcək.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan söyləyib ki, Ankara və Moskva Qarabağda atəşkəsə nəzarət mərkəzi ilə bağlı memorandum imzalayıblar və “ortaq sülhməramlı missiya”da iştirak edəcəklər.

Daha çox göstər
Back to top button