
Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelin Ermənistan və Azərbaycan Xİ nazirləri ilə telefon danışığı baş tutub.
Cozef Borel Dağlıq Qarabağda mədəni irsin qorunmasının vacibliyini vurğulayıb.
Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi sülh və barışın vacibliyini qeyd edib. Bu kontekstdə beynəlalq humanitar hüququn və mədəni irsin qorunmasının vacibliyi də vurğulanıb.
Borel qeyd edib ki, münaqişədən zərər çəkmiş dinc əhaliyə Aİ humanitar dəstək verəcəkdir.