BaşlıcaSiyasət

Konaşenkov: “Rus sülhməramlıları Stepanakertə girib”

Atəşkəs rejimi bütün təmas xətti boyunca qorunur. Rusiya sülhməramlı kontingentinin qərargahı Artsaxın paytaxtında yerləşəcək.

“Sputnik Armeniya”nın verdiyi məlumata görə, rus sülhməramlıları, Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizində 10 müşahidə postu qurdular.

RİA Novosti xəbər verir ki, bu haqda brifinq zamanı Rusiya Müdafiə nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bəyan edib.

Onun sözlərinə görə, sülhməramlılar artıq Dağlıq Qarabağın paytaxtı Stepanakertdədir.

“15-ci  Motoatıcılıq briqadasının sülhməramlıları saat 17: 00-da Stepanakertə daxil oldular”-deyərək Konaşenkov.

Rusiya sülhməramlı kontingentinin qərargahının Stepanakertdə yerləşəcəyini söylədi.

Atəşkəs rejiminin bütün təmas xətti boyunca davam etdirildiyi də qeyd edilir.

Rusiya Silahlı qüvvələrinin Baş Qərargahı bundan əvvəl rus sülhməramlılarının Laçın dəhlizində ümumilikdə 16 nəzarət nöqtəsi yerləşdirəcəyini elan etmişdi.

Daha çox göstər
Back to top button