ArtsaxBaşlıcaİctimaiyyət

Müharibə günlərində Artsaxda 1 uşaq ölüb, 9 uşaq isə yaralanıb

Azərbaycan təcavüzü nəticəsində Artsaxda ən azı 50 mülki şəxs ölüb, 163 mülki şəxs yaralanıb. Ölənlərdən biri uşaq idi, 5 uşaq da yaralanmışdır.

Artsax Ombudsmanı Artak Beglaryan uşaq hüquqlarının pozulması ilə bağlı hesabat yayıb.

“Həyat və sağlamlıqlarına təhdid edən təhlükədən özlərini müdafiə etmək üçün Artsax uşaqları öz ailələri ilə köçdülər. İlkin məlumatlara əsasən, Artsaxda Azərbaycan təcaüvzü nəticəsində ən azı 71 məktəbə, 14 uşaqbaxçasına ziyan dəyib. Azərbaycan SQ nəzarətində qalmış məktəb və uşaqbaxçalarla bağlı isə məlumatlar yoxdur”,-hesabatda deyilir.

23 978 məktəbli və 4036 məktəbəqədər uşaq təhsil almaq hüququndan məhrum edilmişdir.

Hesabatda qeyd edilir ki, Azərbaycanın sosyal mediayasında ermənifobiyaya geniş yer verilmişdir, erməni uşaqları öldürməklə bağlı müzakirələr və çağırışlar olmuşdur.

Ombudsman uşaq hüquqları ilə məşğul olan təşkilatlara Artsaxlı uşaqların hüquqlarının pozulmasına adekvat reaksiya verməyə və addımlar atmağa çağırıb.

Daha çox göstər
Back to top button