ArtsaxBaşlıcaBeynəlxalq

Qarabağda Türkiyə sülhməramlıları olmayacaq: Zaxarova

Rusiya Xİ nazirinin spikeri Maria Zaxarova, Dağlıq Qarabağda türk sülhməramlılarının olmayacağı ilə bağlı Rusiya səlahiyyətlilərinin açıqlamalarını bir daha təsdiqləyib.

Bugünkü brifinqdə, o bildirib ki, söz sadəcə Azərbaycan ərazisində Rusiya-Türkiyə müşahidə mərkəzi barədədir ki, bu da Qarabağa yaxın olmayacaq, detallar isə razılaşdırılacaq.

O xatırladıb ki, müvafiq memorandum Rusiya və Türkiyənin müdafiə nazirləri tərəfindən imzalanmışdır.

“Mərkəz yalnız məsafədən çalışacaq və PUA-lar və digər texnologiyalar da daxil olmaqla vəziyyəti yerində nəzrət etməyə imkan verən obyektiv texniki nəzarət vasitələrindən istifadə ediləcək. Mərkəz Azərbaycanda yerləşəcəkdir, heç bir sahə işləri olmayacaq. Rus və türk mütəxəssislər eyni əsasda çalışacaqlar. Heç bir Türkiyə sülhməramlı bölməsi Dağlıq Qarabağa göndərilməyəcək”,- deyə Zaxarova vurğulayıb.

Daha çox göstər
Back to top button