
Fransa Ermənistana və Dağlıq Qarabağa qarşı böyük qorxaqlıq göstərdi. Bu barədə Fransız senator Valeri Buaye Facebook səhifəsində yazıb.
“Fransa Ermənistana və Dağlıq Qarabağa qarşı böyük qorxaqlıq göstərdi. Ermənilər əcdadlarının torpaqlarını itirirlər, biz isə uzaqlara baxırıq.
Mən Erməni Soyqırımı Memorialının qarşısında”dörd oğlunu qoruyan erməni ana heykəlini” ucaltmaq üçün mübarizə apararkən , ölkəmizdə bu dərəcədə passivliyi təsəvvür belə edə bilməzdim.
“Mənim üçün Azərbaycanda və Türkiyədə bu etnik təmizlənmənin qurbanlarına hörmət göstərmək vacib idi”deyərək o, yazıb.
Valerie Boyer, erməni icmasının üzvləri ilə bir şəkil də yayımladı.
“Mən Juliyen Rafierin, Silvan Suvestrenin, Filip Hoqlanın,Didiye Parakyanın,İzabel Milin və Jözef Arakellin yanındayam”-deyərək şəkli şərh edib.