
SOHR iddia edir ki, Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Türkiyə muzdluların münaqişə bölgəsinə kaparılmasını dayandırıb.
“SputnikArmeniya”nın verdiyi məlumata görə,Dağlıq Qarabağda Suriyadan Azərbaycan tərəfində döyüşən 300-ə yaxın muzdlu öldürülmüşdür. Bu barədə qeyri-hökumət təşkilatı olan Suriya İnsan Haqları Rəsədxanası (SOHR) məlumatlandırıb.
Muzdluların Suriyanın Türkiyənin nəzarətindəki bölgələrdə işə götürüldüyü bildirilir.
Mənbə bildirir ki, Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli bir bəyanat imzalandıqdan sonra Türkiyə hökuməti muzdluların Azərbaycana aparılmasını dayandırıb.
Xüsusilə, təşkilatın hesablamalarına görə Qarabağda 293, Liviyada 496 muzdlu öldürülüb, bir neçə yüz yaralanıb yaxud naməlum itmişlər..
Azərbaycana 2580 muzdlu göndərildiyi, bunlardan 342 nəfərin Suriyaya qayıtdığı qeyd edilir. Liviyaya təxminən 18 min muzdlu göndərildi, onlardan təxminən 11 mini geri döndü.
Artsaxa qarşı müharibənin ilk günlərindən etibarən Türkiyənin Suriyanın Şimalından Azərbaycana muzdlu əsgərləri Artsaxa və Ermənistana qarşı döyüşmək üçün göndərdiyi məlum oldu.
Bu məlumatı Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin təsdiqləyibdir. RİA Novosti, oktyabrın 16-da 1000-dən çox yaraqlının Qarabağ münaqişəsi zonasına aparıldığı da bildirilib.
Artsaxa qarşı döyüşən terror qruplaşmasının üzvlərindən biri həbs olundu
Suriyalı terrorçulara bir ay müddətində döyüşlərdə iştirak etmək üçün 1,5-2 min dollar vəd verildiyi məlumdur. Bu məlumatları təkcə Ermənistan-Qarabağ rəhbərliyi, beynəlxalq media və xarici insan haqları təşkilatları deyil, həm də Suriya, Fransa, Rusiya, ABŞ və digər ölkələrin səlahiyyətliləri təsdiqlədi.