
ER Xarici işlər nazirliyi, Şuşidəki Müqəddəs Xilaskar Ğazançetsots Kilsəsinin təhqir olunması ilə bağlı açıqlama yaydı.
“Atəşkəsin qüvvəyə minməsindən cəmi bir neçə gün sonra bütün dünya təkrarən erməni xalqının və erməni dini, tarixi mədəniyyətinə qarşı Azərbaycanın rassizmi və qəddarlığı təzahürlərinin şahidi olur.
Artsaxın mülki əhalisinə qarşı vəhşiliyin, Xaçkarların, dini qurumların, abidələrin təhqir edilməsi, qəsdən məhv edilməsi barədə çoxsaylı videolar və foto şəkillər Azərbaycan medialarında yayılmaqdadır.
Bu baxımdan Şuşidəki Azərbaycan barbarlığının hədəfinə çevrilən Müqəddəs Xilaskar Ğazançetsots Kilsəsinin təhqir olunması xüsusilə həddini aşıbdır.
Azərbaycanda antierməni mühitinin tamamilə məhv edilməsinə yönəlmiş bu hərəkətlər – Artsax ərazisindəki erməni varlığının hər hansı bir izinin tamamilə məhv edilməsi beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır, ümumbəşəri dəyərlərə ziddir və ciddi məhkum olmalıdır”-deyərək bəyantda qeyd olunub.