
Rusiya Federasiyası Xarici işlər naziri Sergey Lavrov, Ermənistan Respublikasının Xarici işlər naziri Zohrab Mnatsakanyan ilə noyabrın 15-də telefon danışığı edib.
Rusiya Xarici işlər nazirliyinin yaydığı mesajdan bəhs edən “Armenpress”in verdiyi məlumata görə, nazirlər Ermənistan, Azərbaycan və Rusiya liderlərinin noyabrın 9-da imzaladığı birgə bəyanatının yerinə yetirilməsi gedişatını , o cümlədən Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi və onlar tərəfindən öz mandatını effektiv təmin olunması məsələləri müzakirə etmişlər.
“Sergey Lavrov Zohrab Mnatsakanyana Rusiya Federasiyası Prezidentinin noyabrın 13-də olan fərmanı ilə yaradılan humanitar reaksiyasının idarələrarası mərkəzinin fəaliyyəti proqramları barədə ətraflı məlumat verdi.
Xarici işlər nazirləri Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı idarəsi,UNESCO, Birləşmiş Millətlər Təşkilatının İnkişaf proqramı, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər çoxtərəfli təşkilatlarla əməkdaşlığı təqqstiq etmək əhəmiyyətini və münaqişə zonasında mülki şəxslərin vəziyyətini yüngülləşdirmək həm dini həm də mədəni obyektlərin qorunmasınının vacibliyini vurğuladı”-deyərək informasiyada bildirilib.