ArtsaxBaşlıcaSiyasət

Paşinyan birgə bəyanatın bir çox müddəaları ilə bağlı şərhə ehtiyac olduğunu görür

ER Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə Rusiya, Ermənistan və Azərbaycan rəhbərlərinin birgə bəyanatının bir çox müddəaları ilə bağlı şərhə ehtiyac olduğunu görür.

Bunu Nikol Paşinyan bu gün keçirdiyi onlayn mətbuat konfransında siyasi qüvvələrlə bu bəyanatın müddəalarını müzakirə etməklə bağlı sualına cavab verirkən deyib.

“Mən açığı bu sənədi daha yaxşı etdirməklə bağlı heç bir siyasi qüvvədən təklif almadım. Bu sənədin müdəalarının dəyişdirilməsi hərbi vəziyyətin dəyişdirilməsi deməkdir. Bu isə, hesab edirəm ki, bu gün real deyildir.

Gələcək danışıqlar prosesinə gəlincə də, bu sənəddə bir çox müddəaların şərhə ehtiyac olduğunu görürəm. Bu şərhlərin olduğunda bütün fikir və təkliflər bir araya gətiriləcək və ən yaxşı təklifləri həyata keçirməyə çalışacağıq”,-deyə Paşinyan vurğuladı.

Daha çox göstər
Back to top button