
“TASS” Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Rusiya Hərbi Hava Qüvvələrinin 18 “İl-76” hərbi nəqliyyat təyyarəsi Yerevana gəldi.
“Rusiyanın Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlı missiyasını yerinə yetirmək üçün Ermənistana göndərilən Rusiya Hərbi Qüvvələrinin növəti “Il-76” və “AN-124” “Ruslan ” 2 təyyarəsi Yerevanın hava limanına endi”,- deyə bəyanatında qeyd olunur.
Qeyd olunur ki, son gün ərzində Rusiyanın Hava və Kosmik Qüvvələrinin təyyarələri ilə Ermənistana 58 ədəd texnika – zirehli texnika, yük maşınları, ekskavatorlar və digər avadanlıqlar daşınyıblar.
Rus sülhməramlılarının Dağlıq Qarabağ münaqişəsi zonasına gətirilməsi noyabrın 9-da Ermənistan, Rusiya və Azərbaycan liderlərinin bəyanatı əsasında baş verir.