
Larisa Alaverdyan bütün Artsax xalqını öz avtomobillərində getməmələri barədə xəbərdar etdi.
“SputnikArmeniya”nın verdiyi məlumata görə,keçmiş erməni ombudsmanı, insan haqları müdafiəçisi Larisa Alaverdyan müxalifətin mitinqində Dağlıq Qarabağda atəşkəs elan edildiyi gündən bəri ən azı altı nəfərin girov götürüldüyünü bildirdi.
Girovlardan ikisinin 85-75 yaşı var, nə baş verdiyi də məlum deyil. Bütün Artsax xalqına öz maşınlarında getməmələri barədə xəbərdarlıq etdi.
“Bu gün biz hətta nə qədər itkin düşənlərimiz, nə qədər hərbi əsirlərimiz və nə qədər naməlum itənlərimizin olduğuu deyə bilmərik”-deyərək Larisa Alaverdyan qeyd edib.
Alaverdyanın sözlərinə görə, onların təşkilatı, eləcə də Müdafiə nazirliyinin müvafiq bölmələri Azərbaycandakı ermənilərin məlumatlarını toplayır.
“Siz o atəşkəsə əməl olunmasını hansı mexanizmlərlə dəstəkləyirsiniz? Bu atəşkəs rejiminin şərtlərini pozan şəxslələ nə olacaq?”-deyərək Alaverdyan, bir çox boşluqların olduğunu qeyd edərək bir məsələ qaldırdı.
Bundan əvvəl Stepanakertdən Martuniyə gedən yolda azərilərin dörd ermənini girov götürdükləri bildirilmişdi. Hadisə, noyabrın 11-də, Qarabağla bağlı üçtərəfli bəyanatın yayımlanmasından sonra baş verib.