
ABŞ və Fransa Qarabağ münaqişəsi məsələsində ATƏT-in Minsk qrupu həmsədrlərinin rolunu unutmur və qeyd edirlər ki, bir sıra məsələlər həll olunmayıb.
Bunu Dövlət Departamentinin nümayəndələri brifinq zamanı bildiriblər.
Onlar vurğulayıblar ki, ABŞ və Fransa Qarabağ münaqişəsinin həllində həmsədrlərin roluna sadiq qalırlar.
Nümayəndələrə görə, ABŞ dövlət katibi Mike Pompeo və Fransa xarici işlər naziri Jan-İv Lı Drian Qarabağ münaqişəsini müzakirə ediblər.
Hər ikisi də həmsədr vəzifələrinə sadiq qaldıqlarını qeyd etdilər.
“Tərəflər öz növbəsində Lı Drian ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov son söhbətini müzakirə ediblər. Onlar qeyd ediblər ki, Rusiya son zamanlar münaqişəyə və humanitar böhrana son qoymağa çalışıb.
Bununla yanaşı, müqavilənin parametrləri və Türkiyənin münaqişədəki rolu ilə bağlı həll olunmamış məsələlər hələ də qaldı”,- deyə Departamentinin nümayəndələri vurğulayıb.