ArtsaxBaşlıcaBeynəlxalq

BMT Artsaxa qarşı muzdlulardan istifadə edildiyini bildirdi

BMT-nin muzdlular məsələləri üzrə qrupu, İnsan Hüquqları Müdafiəçisinin dəlillərinə əsaslanaraq Artsaxda muzdlulardan istifadə edildiyini bildirdi. Bu barədə Ermənistanın Ombudsman ofisindən məlumat verilir.

Xatırladaq ki, həmin qrup hələ noyabrın 11-də bəyanat yayaraq Dağlıq Qarabağda hərbi əməliyyatlar zamanı Azərbaycan tərəfindən muzdluların istifadə edilməsi faktları ilə bağlı öz narahatlğını ifadə etmişdi.

Ombudsman ofisindən verilən məlumata görə, BMT-nin muzdlular məsələləri üzrə işçi qrupu Türkiyənin Suriyadan Azərbaycana silahlı qruplaşmalarının aparılmasına dair olan faktları narahatedici hesab edib.

Bu terrorçular Azərbaycana pul qarşıığında gəlib və onlar öldüyü zaman onların ailəsinə pul və türkiyə vətəndaşlığı veriləcəkdir.

İşçi qrup muzdluları dərhal çıxartmağa və onlara maddi dəstək verməməyə çağırmışdı. Qeyd edək ki, işçi qrup öz narahatlığını məhz Türkiyə və Azərbaycan hökumətlərinə bildirmişdi. Suriyaya da xəbərdarlıq edilmişdi.

Qeyd edək ki, oktyabrın 3-də ER Ombudsmanı BMT-nin işçi qrupuna 4 dəfə müraciət etmişdir.

Daha çox göstər
Back to top button