
ER Baş naziri Nikol Paşinyan ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin davam etdirilməsinə ehtiyac görür.
Verilən məlumata görə, Paşinyan bu haqda parlamentdə “Mənim addımım” fraksiyasının üzvü Hovannes İqityanın sualına cavab olaraq bildirib.
“Bu, gündəmdəki ən vacib mövzulardan biridir. Bu mövzuda Fransa Prezidenti ilə ünsiyyətdəyik, bu vəziyyətin mümkünlüyü eləcə də Rusiya Prezidenti ilə də müzakirə edirik.
Mənim fikrim budur ki, bəli, ATƏT-in Minsk Qrupu həmsədrləri z fəaliyyətini davam etməlidir”-deyərək Paşinyan qeyd edib.
Baş nazir qeyd etdi ki, həmsədrlərin kvorum fəaliyyətləri bütün məsələlərin düzgün həll olunması üçün davam etdirilməlidir.