
Dağlıq Qarabağda atəşkəs rejimi qorunur. TASS xəbər verir ki, bu haqda Rusiya Müdafiə nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov brifinq zamanı bildirib.
“Atəşkəs bütün təmas xətti boyunca qorunmaqdadır”-deyərək Konashenkovbəyan edib.
Onun sözlərinə görə, təmas xətti boyunca sülhməramlı bölgələrdə Rusiya sülhməramlılarının keçid məntəqələrinin yerləşdirilməsi başa çatıb.
Vəziyyət gecə-gündüz nəzarət altındadır.
Nazirlik əlavə edib ki, noyabrın 10-dan bəri Rusiya sülhməramlı qüvvələrinin və texnikalarının 140-dan çox uçuşu həyata keçirilib.
Rusiya Müdafiə nazirliyinin məlumatına görə, bazar günü 470-dən çox qaçqın Dağlıq Qarabağa qayıdıb.
Konaşenkov, bu il noyabrın 15-də, 475 qaçqının Ermənistan Respublikasının ərazisindən Rusiya sülhməramlı qüvvələrinin və hərbi polis patrullarının müşayiəti ilə Dağlıq Qarabağa qayıtdığını söylədi.
Rusiya Fedarasiyasının Müdafiə nazirliyinin rəsmi nümayəndəsinin verdiyi məlumata görə, noyabrın 14-dən bəri əvvəllər hərbi əməliyyatlar üzündən Dağlıq Qarabağ ərazisini hərbi əməliyyatlar səbəbindən tərk etmiş sakinlər ümumilikdə 725 nəfər yaşayış yerlərinə qayıdıb.