BaşlıcaSiyasət

ABŞ və Fransadan diplomatlar Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Moskvaya gedib

Noyabrın 18-də, ABŞ və Fransa diplomatları Moskvada Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər. Rusiya Xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu barədə “RİA Novosti”-yə bildirib.

“Rusiya tərəfindən  görüşü Rusiya Xarici işlər nazirliyinin fövqəladə və səlahiyyətli səfiri İqor Popov tərəfindən keçirilir”-deyərək Zaxarova qeyd edib.

Daha əvvəl, Fransa Xarici işlər naziri Jan-İv Le Drian, çərşənbə günü Moskvada Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı diplomatlarla görüşün keçiriləcəyini bildirib.

Daha çox göstər
Back to top button