
Artsax Prezidenti Arayik Harutyunyan Rusiya Federasiyası Fövqəladə Hallar nazirliyinin Xilasetmə qrupunun direktoru general-leytenant İqor Kutrovski və RF Fövqəladə Hallar nazirliyinin Beynəlxalq fəaliyyət departamentinin direktoru general-leytenant Vladimir Solovyovu qəbul etmişdir.
“Armenpress”-in verdiyi məlumata əsasən Harutyunyan bu barədə özünün Facebook səhifəsində yazıb.
“İcra ediləcək fəaliyyətlərlə əlaqədar Artsax hakimiyyətləri adından yüksək dəstəyi ifadə edərək, döyüş əməliyyatları dayandırıldıqdan sonra mülki əhalinin normal, təhlükəsiz həyatını təmin etmək üçün, olduqca geniş əhatəli işlər gözlənilir.
Əmin olduğumu bildirmişəm ki, Artsaxın həmkarı qurumla səmərəli və qarşılıqlı işgüzar fəaliyyət gözlənilir”-deyərək Harutunyan qeyd edib.