Başlıcaİctimaiyyət
Ermənistanda daha 1 589 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda son sutkada daha 1 589 nəfərdə koronavirus aşkarlanıb, 1 726 nəfər sağalıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 120 459-a yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 28 nəfər artaraq 1 839-a çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 469-a yüksəlib. İndiyədək 80 069 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 38 082 aktiv koronavirus xəstəsi var. Ümumi olaraq 472 190 test aparılıb.