ArtsaxBaşlıca

Martakert rayonunun bir sıra icmaları Azərbaycanın nəzarətinə keçəcək

Artsax Məlumat Qərargahı bildirir ki, Martakert rayonunun bir sıra icmaları Ermənistanın Baş naziri, Rusiya və Azərbaycan liderləri arasında Qarabağ müharibəsinin dayandırılması barədə əldə olunmuş üçtərəfli razılaşmanın müddəalarını yerinə yetirmək üçün Azərbaycanın nəzarəti altına keçəcəklər.

“Martakertin Nor Marağa, Nor Aygestan, Nor Seysula, Nor Karmiravan, Nor Haykajur, Hovtaşen və Nor Jraberd yaşayış məntəqələri Azərbaycana keçir. Üçtərəfli bəyanatda qeyd olunur ki, Ağdam rayonu 2020-ci ilin noyabrın 20-dək Azərbaycana qaytarılacaq. Adı çəkilən yaşayış məntəqələri, eləcə də Akna (Ağdam) yaşayış məntəqəsi, Azərbaycan tərəfinə görə, Ağdam rayonundadır”- deyə mesajda qeyd olunur.

Bu günlərdə bu kəndlərin 2000-dən çox sakininin əmlakının köçürülməsi, müvəqqəti yaşayış və digər vasitələrlə təmin olunması üçün dövlət müdaxiləsiylə tədbirlər görülür.

Daha çox göstər
Back to top button