
“Sputnik Armeniya”nın verdiyi məlumata görə, Dağlıq Qarabağ ərazisində yaranmış operativ vəziyyət və RF sülhməramlı qoşun bölmələrinin fəaliyyətiylə bağlı aparılan məsələləri telefon danışığı vasitəsiylə ER Müdafiə naziri Davit Tonoyan və RF Müdafiə naziri ,ordu generalı Serqey Şoyqu müzakirə edib.
“Tonoyan Dağlıq Qarabağda Rusiyanın idarələrarası humanitar yardım mərkəzinin yaradılmasına dəstəyini bildirmişdir.
Bu, qaçqınların geri qaytarılması, mülki infrastrukturun bərpası, ölənlərin, əsirlərin və itkinlərin axtarışı ilə məşğul olmalıdır”- deyərək məlumatda qeyd olunub.
RF, Ermənistan və Azərbaycan Müdafiə nazirlikləri arasında bu sahədə üçtərəfli sənədin imzalanması barədə razılıq əldə edildi.
ER Müdafiə naziri Dağlıq Qarabağdakı humanitar vəziyyətə xüsusi diqqət yetirmişdir..
Tonoyan həmkarına sülhməramlı qoşun bölmələrinin sürətli və təsirli şəkildə yerləşdirilməsinə, habelə ölən hərbçilərin, məhbusların, girovların və itkin düşənlərin mübadiləsini təşkil etdiyinə görə təşəkkür etdi.