BaşlıcaMədəniyyət

UNESCO, Dağlıq Qarabağdakı mədəniyyət abidələrinin bərpası prosesindəki iştirakını müzakirə edir

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Dağlıq Qarabağdakı mədəniyyət abidələrinin bərpası prosesində iştirak etməyi düşünür.

Rusiyanın YUNESKO-dakı daimi nümayəndəsi, səfir Aleksandr Kuznetsov TASS-a Rusiya Xarici işlər naziri Sergey Lavrovun beynəlxalq qurumun bu bəyanata reaksiyası ilə bağlı sualına cavab olaraq bəyan edib.

“YUNESKO Katibliyinin rəhbərliyi, əlbəttə ki, nazirimizin açıqlamasından xəbərdardır. Məsələ müzakirə olunur”- deyərək Kuznetsov, digər  təffərrüatlar bildirmədən qeyd edib.

Bundan əvvəl, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Rusiya və xarici mətbuata verdiyi müsahibədə, YUNESKO-nun Dağlıq Qarabağdakı mədəniyyət abidələrinin bərpasında iştirakının vacibliyini qeyd etmişdi.

“Əlbəttə ki, biz mədəni irs sahələrini bərpa etmək və onlara hörmətlə yanaşılmasını təmin etmək üçün YUNESKO ilə əlaqəli olacağıq.

Beynəlxalq Qırmızı Xaç Komitəsi, Birləşmiş Millətlər Təşkilatının Ali Komissarlığı idarəsiylə də əlaqəli olacağıq.

Qaçqınlar üçün, insanların evlərinə, doğma ocaxlarına  dönmələri, bu evləri tikmələri və normal bir həyat sürmələri üçün hər şey ediləcəkdir”-deyərək nazir qeyd edib.

Daha çox göstər
Back to top button