
Ermənistan Respublikası Prezidenti Ara Ayvazyanın Ermənistan Respublikasının Xarici İşlər Naziri təyin edilməsi haqqında sərəncam imzaladı.
“Baş nazirin təklifinə əsasən, Konstitusiyanın 131-ci maddəsinə, habelə Hökumətin Quruluşu və Fəaliyyəti haqqında Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq, Ara Ayvazyan Xarici işlər naziri təyin olunur”-deyərək Prezidentin sərəncamında qeyd edilib.