ArtsaxBaşlıcaSiyasət

Artsax münaqişəsinin həllində Rusiyanın rolu bir neçə dəfə artdı

“Orbeli” analitik mərkəzinin eksperti Taron Hovhannisyan “Sputnik Armeniya”ya müsahibəsində Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinə dair bənataında toxundu.

Taron Hovhannisyan bildirdi ki, münaqişə hələ də həll olunmamış olaraq qalır. Onun sözlərinə görə, üçtərəfli bəyanatda olan atəşkəs şərtləri Artsaxın statusuna aid deyildir.

“Rusiya Federasiyasının prezidentinin qeyd etdiyi kimi, razılaşma yalnız atəşkəs, hərbi əməliyyatları dayandırılması haqqındadır və bu, 1994-cü ildə imzlanamış atəşkəs razılaşmasına bənzər, bu siyasi həll sənəd deyildir. Siyasi həll prosesi bəzi dəyişikliklərlə təxminən iyirmi altı ildir ki, davam edir.”,-deyə ekspert bildirdi.

Danışıqlar prosesinə toxunan ekspert bunun nə vaxt başlayacağına dair dəqiq bir şey bilmir.

“Münaqişənin nizamlanmasında Rusiya rolu və çəkisi bir neçə dəfə artdı və Fransa ilə ABŞ-ın rolu paralel olaraq azaldı. Çox şey bu ölkələrin necə davranmasından asılı olacaq. Türkiyə də öz növbəsində Azərbaycanı hərtərəfli bir şəkildə dəstəkləyərək sonrakı mərhələlərdə birbaşa iştirak etmək üçün fəal səylər göstərməyə davam edir. Buna görə Artsaxın statusu məsələsi qeyri-müəyyən olaraq qalır, gələcəkdə hansı qətnamələrin irəli sürüləcəyi məlum deyil”,- deyə ekspert vurğuladı.

Daha çox göstər
Back to top button