
Noyabrın 18-də Rusiya Xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Stefan Viskontini (Fransa), Endryu Şeferi (ABŞ), habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.
Rusiya Xarici işlər nazirliyinin rəsmi saytında yer alan məlumata görə, görüşdə Azərbaycan prezidenti, Ermənistan Baş naziri və Rusiya Prezidentinin noyabrın 9-da üçtərəfli atəşkəs bəyanatını imzalamasından sonra görüş zamanı Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunub.
ATƏT-in Minsk Qrupunun üç həmsədri ölkəsinin gələcək vasitəçilik səylərinin əlaqələndirilməsi məsələləri də müzakirə edilmişdir.