Başlıcaİctimaiyyət

Azərbaycanda daha 2 597 nəfər koronavirusa yoluxub, karantin rejiminin müddəti uzadılıb

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a bildirilib ki, Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır.

Bu gün Azərbaycanda koronavirus infeksiyasına 2 597 yeni yoluxma faktı qeydə alınıb, 1 354 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son sutkada COVID-19-dan 23 nəfər dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 83 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 59 465 nəfər müalicə olunaraq sağalıb, 1 053 nəfər vəfat edib, aktiv xəstələrin sayı 23 476 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 874, ötən müddət ərzində isə ümumilikdə 1 562 442 test aparılıb.

Daha çox göstər
Back to top button