Başlıcaİctimaiyyət

Ermənitanda Rusiyaya necə münasibət göstərirlər? – Sorğu

Ermənistan vətəndaşlarının böyük əksəriyyəti Rusiyaya müsbət yanaşır və hətta Rusiyanı Ermənistanın müttəfiqi hesab edir. Bunu keçirilmiş sorğu nəticələri göstərir.

Sorğuda iştirak edənlərin əksəriyyəti (83,8%) cavab verib ki, Rusiyaya münasibəti yaxşıdır. Ermənistan vətəndaşlarının 84,6%-i isə Rusiyanı müttəfiq hesab edir.

Sorğuda iştirak edənlərin 62%-i Rusiyanı dost ölkə hesab edir. RF-dan sonra Fransa (39,9%), İran (6,4%), ABŞ (5,8%), Almaniya (1.2%) və Gücrüstan (0,6%) gəlir.

Eyni zamanda iştirakçıların 80%-i Moskvanın hərbi-siyasi yardımını qəbul etməyə hazır olduğunu təsdiqlədi.

Sorğuda 501 nəfər iştirak edib. Sorğu noyabrın 17-də keçirilib.

Daha çox göstər
Back to top button