
“SputnikArmeniya”nın verdiyi məlumata görə, Rusiya Xarici kəşfiyyat xidmətinin direktoru Sergey Narışkin, ABŞ və NATO müttəfiqlərinin Ermənistan və Azərbaycan xalqını parçalamağa çalışdıqlarını söylədi.
Bu haqda Xarici Kəşfiyat xidmətinin (XKX)mətbuat xidməti bildirir.
“Aparıcı NATO ölkələri Rusiyanın aktiv iştirakı ilə əldə olunan razılaşmadan narazı olduqlarını gizlətməyə çalışırlar.
ABŞ və müttəfiqləri müharibənin Moskva vasitəsilə dayandırılmasına qəzəbləndilər. Nəticə etibarilə,axı bu, onların uzun illərdən bəri davam edən işinin nəticələrini, yəni Rusiyanı Qafqazdan sıxışdırmaq və kənar etmək üçün müddətli işini sıfıra endirir”-deyərək Xarici Kəşfiyyat xidmətinin rəhbəri qeyd edib.
Narışkinə görə, Vaşinqton və Avropa bölgədəki güc tarazlığı ilə barışmaq istəmirlər.
“Əldə etdiyimiz məlumata görə, bəzi Qərb ölkələri müxtəlif kanallarda Ermənistan-Azərbaycan millətçilərini atəşkəs razılaşmasını pozmaq və ya ləkələmək üçün təhrik edirlər” deyərək o, qeyd edib.
Narışkinin sözlərinə görə, erməniləri Dağlıq Qarabağda qurulmuş sülhün Yerevanın məğlubiyyəti olduğuna inandırmağa çalışırlar, “qalib gəlməkçün sona qədər müharibə zəruriliyi” fikri ortaya atılır.
“Azərbaycanlılara, əksinə, Azərbaycan ordusunun Stepanakerti ələ keçirməsinə bir addım qalanda Kremlin qələbəni onlardan oğurladığı deyilir” – deyərək XKX müdiri qeyd edib.
Putin Fransa və ABŞ-ın üçtərəfli bəyanatın hazırlanmasında iştirak etməməsinin səbəbini izah etdi
Narışkinin fikrincə, bu cür hərəkətlər ABŞ və onun avropalı dostlarının problemlərini bu dəfə azərbaycanlıların və ermənilərin hesabına adi insanların hesabına həll etdiklərini sübut edir.