
Rusiya Silahlı Qüvvələrinin 15-ci əlahiddə motoatıcı briqadasının sülhməramlı batalyonu Laçın dəhlizindəki keçid məntəqələrində bütün avtomobillərə baxış keçirir.
Sülhməramlılar müşahidə məntəqələrindən keçən bütün avtomobillərdə silah və partlayıcı maddə olub-olmadığını yoxlayır.
Bu barədə Rusiya MN-dən məlumat verilib.
Qeyd edək ki, Laçın dəhlizində nəqliyyat təhlükəsizliyi bütün marşrut boyunca müşahidə postları yerləşdirmiş rus sülhməramlıları tərəfindən təmin edilir.