BaşlıcaSiyasət

Rusiya XİN. Yerevan və Bakı ilə daim təmasdayıq

Dağlıq Qarabağdakı vəziyyətin həlli üçün səylər keçən həftə də davam etdirilib. Bu barədə Rusiya XİN sözçüsü Maria Zaxarova bunu həftəlik brifinqdə bəyan edib.

Onun sözlərinə görə, RF prezidenti Azərbaycan prezidenti və Ermənistanın baş naziri ilə telefon danışıqları aparıb. “Bu ilin noyabrın 9-da Dağlıq Qarabağ münaqişəsinin həllinə dair üçtərəfli bəyanatda göstərilən razılaşmaların praktik istiqamətlərini müzakirə olunub. Bu mövzu noyabrın 15-də Azərbaycanın Xİ naziri və noyabrın 13-də  Ermənistan Xİ naziri ilə Rusiyanın Xİ nazirinin telefon danışıqları zamanı diqqət mərkəzində idi. Ölkəmizin rəhbərliyi Ermənistan və Azərbaycan rəhbərliyi ilə daim təmasdadır. Razılaşmaların həyata keçirilməsini təmin etmək vacibdir. Rusiya Federasiyasının vasitəçilik səylərinin davamlı atəşkəsə gətirib çıxardığını məmnuniyyətlə qeyd edirik ki, bu da Rusiya, Ermənistan və Azərbaycan liderlərinin bəyanatına uyğun olaraq 10 noyabrda təsdiqlənib. Bu səylər bizə dinc həyata qayıtmaq üçün vacib addımlar atmağı da imkan verib”- deyə Zaxarova qeyd edib.

Daha çox göstər
Back to top button