
“Armenpress”in verdiyi məlumata görə,Avropa Birliyi ATƏT-in Minsk qrupu həmsədrləri çərçivəsində Dağlıq Qarabağın statusu ilə bağlı siyasi danışıqların davam etdirilməsini zəruri hesab edir.
Verilən məlumata görə, TASS xəbər verir ki, bu haqda AB-nin Xarici işlər və Təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel bəyan edib.
“AB, Dağlıq Qarabağın statusu da daxil olmaqla, münaqişənin həlli üçün səylərin yenilənməsini zəruri hesab edir”-deyərək Borelelin bəyanatında qeyd olunub.
Avropa Birliyi Dağlıq Qarabağda atəşkəs razılaşmasının tətbiqindən izləmək niyyətindədir.
Borrell, AB-nin xarici döyüşçülərin Dağlıq Qarabağ münaqişəsi bölgəsindən dərhal geri çəkilməsini tələb etdiyini bəyan edib.