ArtsaxBaşlıcaSiyasət

Erməni mədəni irsi təhqir olunur. Artsaxın Xarici İşlər naziri UNESCO-ya məktub göndərdi

Noyabrın 19-da Artsax Respublikasının Xarici İşlər naziri Masis Mayilyan UNESCO-nun baş direktoru Odri Azueliyə Azərbaycan tərəfininn Ermənistanın tarixi və mədəni irs abidələrinin təhqir olunması faktları və vandalizm faktları ilə bağlı məktub göndərdi.

A religious destroyed painting among the destruction in the Ghazanchetsots Cathedral in Shushi, Nagorno Karabakh, after the Azerbaijan shelling in a double attack to the building on October 11, 2020. (Photo by Celestino Arce/NurPhoto)

Məktubda qeyd olunur ki, sentyabrın 27-də Azərbaycanın Türkiyə dəstəyi ilə Artsax Respublikasına qarşı başlatdığı silahlı təcavüz nəticəsində, Arstax Respublikasında erməni mədəni abidələrlə dolğun ərazilərin bir hissəsi Azərbaycan tərəfindən işğal olunub.

Xarici İşlər naziri Şuşidəki Surp Ghazanchetsots Kilsəsinin divarlarında Azərbaycan yazıları olan video və fotoşəkillərinə xüsusi diqqət çatdırdı. Kilsənin heykəlləri məhv edildi,kilsədəki əsərlər zərər çəkib.

“Aktiv hərbi əməliyyatlar zamanı Azərbaycan silahlı qüvvələri qəsdən kilsəyə drondan iki dəfə zərbə endirdilər. Hücum kilsəyə ciddi ziyan vurdu. İkinci zərbə ərzində ilk zərbənin nəticələrini çəkmək üçün kilsədə olan jurnalistlər yaralandı”,- deyə məktbda qeyd olunur.

Məktubda qeyd olunur ki, Erməni tarixi və mədəni irsinin mövcudluğunun sistematik olaraq inkar edilməsi, məhv edilməsi Azərbaycanda çoxdan bir norma kimi qəbul edilir və o ölkənin ermənilərə qarşı nifrət və ksenofobiya siyasətinin bir hissəsini təşkil edir.

Artsax Respublikasının ərazilərində Azərbaycanın hərbi nəzarəti altında olan erməni mədəni abidələrinin məhv olma təhlükəsi ilə əlaqədar nazir Mailyan UNESKO-nun təsirli addımlar atmasının vacibliyini vurğuladı.

Daha çox göstər
Back to top button