BaşlıcaSiyasət

Ermənistan müdafiə naziri istefa verib

Ermənistanın müdafiə naziri Davit Tonoyan istefa verib.

Bu barədə bu gün “armenpress” məlumat yayıb.

Qeyd olunur ki, müdafiə naziri postuna Vaqarşak Arutyunyanın namizədliyi nəzərdən keçirilir.

Q. Arutyunyan Baş nazir Nikol Paşinyanın baş müşaviridir. O, 1999-2000-ci illərdə müdafiə naziri olub.

Xatırladaq ki, Davit Tonoyan 2018-ci il mayın 11-də müdafiə naziri vəzifəsinə təyin olunmuşdu.

Daha çox göstər
Back to top button