Başlıcaİctimaiyyət

Ermənistanda daha 1 667 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda daha 1 667 nəfərdə koronavirus aşkarlanıb, 2 366 nəfər sağalıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 123 646-ya yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 30 nəfər artaraq 1 900-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 488-ə yüksəlib. İndiyədək 90 754 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 30 504 aktiv koronavirus xəstəsi var. Ümumi olaraq 480 445 test aparılıb.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button