BaşlıcaEkonomika

Hadrutda 3 şərab zavodu qalıb, ümumi ziyan 1 milyon dolları keçib

Hadrutda “Kataro” müəssisəsi də daxil olmaqla üç şərab zavodu Azərbaycan nəzarəti altına keçib. Ermənistanın Milli Şərab Mərkəzinin sədri Avag Harutyunyan bunu noyabrın 19-da NEWS.am saytına verdiyi müsahibədə bildirib. O əlavə edib ki, artilleriya atəşindən Martuni və Martakert şərab zavodlarına qismən ziyan vurulub.

“İstehsalata ciddi investisiyalar qoyulmuşdu. Döyüş əməliyyatlarından gələn ümumi ziyan 1 milyon dollardan çoxdur. Müəssisələrin məhsulları çox keyfiyyətli idi və əsasən ixrac olunurdu. Üzüm bağlarındakı işçilərdən başqa fabriklərdə 40-dan çox adam çalışırdı”- deyə o qeyd edib.

Arutyunyan açıqlayıb ki, Əsgəran və Stepanakertdəki müəssisələr zərər görməyib.

Daha çox göstər
Back to top button