BaşlıcaSiyasət

Rusiya və Fransa Xarici işlər nazirləri Qarabağdakı vəziyyəti müzakirə etdilər

Rusiya və Fransa Xarici işlər nazirləri Sergey Lavrov və Jan-İv Le Drian Qarabağda olan  vəziyyəti müzakirə ediblər..

RF Xarici işlər nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafındakı vəziyyəti, Rusiyanın bütün hərbi əməliyyatların dayandırılması və münaqişə bölgəsindəki atəşkəsə dair vasitəçilik səylərini müzakirə ediblər.

“Nazirlər  noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsinin təmin edilməsinin vacibliyini vurğuladılar.

Bu baxımdan Beynəlxalq Qırmızı Xaç Komitəsi, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı, UNDP və UNESCO ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

Lavrov, rusiyalı sülhməramlıların iştirakı üçün parametrləri və humanitar müdaxilə üzrə idarələrarası mərkəzin funksiyalarını aydınlaşdırdı.

Nazirlər hazırda əsas öönəmliklərin məcburi köçkünlərin və qaçqınların təhlükəsiz qayıtması, humanitar yardımın göstərilməsi və mülki infrastrukturun bərpası olduğu barədə razılığa gəldilər.

“Rusiya və Fransanın Xarici işlər nazirləri, ATƏT-in Minsk qrupunda razılaşdırılmış prinsiplər əsasında və Azərbaycan və erməni xalqlarının qarşılıqlı maraqlarına uyğun olaraq Dağlıq Qarabağ böhranının uzunmüddətli və tam hüquqlu həllinə dair gələcək addımlar barədə fikir mübadiləsi aparmışlar”-deyərək  məlumatda bildirilib.

Daha çox göstər
Back to top button