BaşlıcaSiyasət

Şoyqu və Paşinyan nəyi müzakirə edir?: “Böyük bir proqramla gəlmişik onun həyata keçiriləcəyinə ümid edirik”

RF Müdafiə naziri Sergey Şoyqu Ermənistana böyük bir proqramla gəldiklərini və onu həyata keçirəcəyinə ümid etdiklərini söylədi. Şoyqu bu fikri ER Baş naziri Nikol Paşinyanla görüşündə qeyd edib.

Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, bu gün Paşinyan Şoyqunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Şoyqu Ermənistana konkret müəyyən problemlərlə bağlı  gəldiklərini qeyd etdi.

“Gələcəkdə çox işlər  gözlənilir, bu dəfə ümidvarıq ki, Qarabağda dinc bir həyat qurmaq üçün. Əsas vəzifəmiz Ali Baş Komandanımızın qarşımıza qoyduğu tapşırıq olan qan tökülməsinin qarşısını almaqdır və biz bunu qətiliklə həyata keçirmək niyyətindəyik.

Bundan başqa, sülhməramlılarımızın gələcək həyatı və fəaliyyətləri ilə bağlı məsələləri, bunun üçün nə lazım olduğunu müzakirə etmək niyyətindəyik”-deyərək  Şoyqu qeyd edib.

İki ölkə arasında həm hərbi, həm də hərbi-texniki sahələrdə əməkdaşlıqla əlaqəli bütün məsələləri müzakirə edəcəklərini  bəyan etdi.

O, imzalanan bəyanatdan sonra, bütün sülhməramlı qüvvələrin ən qısa müddətdə çağırıldığını, yerləşdirilməsi  2 gün əvvəl başa çatdığını söylədi.

Şoyqu, bu günlərdə 23 müşahidə məntəqəsi ilə praktik olaraq Qarabağın bütün ərazilərinə yerləşdirildiklərini, Stepanakertə gedən yola, Laçın dəhlizinə nəzarət etdiklərini, oradan köçən qaçqınların geri dönməsini təmin etdiklərini xatırladıb.

Daha çox göstər
Back to top button