
Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Antimina Mərkəzinin bölmələri minatəmizləmə işləri aparmaq üçün Artsaxa yola düşdü.
MN mətbuat xidmətindən verilən məlumata görə, An-124, İl-76 və Tu-154 təyyarələri mərkəzin mütəxəsislərini və avadanlıqlarını Dağlıq Qarabağda sülhməramlı əməliyyat zonasına gətiriblər.
Qeyd olunur ki, Yerevan hava limanına 100-dən çox hərbçi, 13 ədəd hərbi və xüsusi texnika, o cümlədən “Uran-6” minatəmizləmə robot-texniki komplekslər, zirehli maşınlar gətirilib.
Şəxsi heyəti Yerevan-Qoris-Stepanakert yolu ilə yerə çatdıqdan sonra işə başlayacaqdır.