Başlıcaİctimaiyyət
Ermənistanda daha 485 nəfərdə koronavirus aşkarlanıb

Noyabrın 23-ə olan məlumata görə, Ermənistanda daha 485 nəfərdə koronavirus aşkarlanıb,1009 nəfər sağalıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 126709-a yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 1976-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 503-ə yüksəlib. İndiyədək 95099 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 29131 aktiv koronavirus xəstəsi var. Ümumi olaraq 488393 test aparılıb.