BaşlıcaBeynəlxalq
Fransadan humanitar yardımla İlk təyyarə Ermənistana gəldi

Fransa hökumətindən humanitar yardım gətirilən ilk təyyarə dünən Yerevana gəldi. İkinci təyyarə noyabrın 27-də gələcəkdir.
Bu haqda Fransanın Ermənistandakı səfiri Jonatan Lakotte bildirib.
“Təyyarə Ermənistanın səhiyyə sisteminə tibbi avadanlıq və dərman nəql edir, həmçinin Dağlıq Qarabağdan köçkün düşmüş insanları dəstəkləyəcək”- deyərək səfir yazıb.
Bu günlərdə Fransa Prezidenti Emanuel Makron, Dağlıq Qarabağdakı köçkünlərə dəstək etmək naminə vəsait toplayan “Hayastan” Ümumerməni Fondunun Fransa filialını ziyarət etmişdir.