ArtsaxBaşlıcaSiyasət

İnsanlar ölüm və əzabla üzləşiblər. Polşa ziyalıları ölkənin hökumətinə müraciət edib

Polşa ziyalıları, ölkənin səlahiyyətlilərinə məktub göndərib. Onlar Artsax və Artsaxlı ermənilərə dərstək verməyə çağırıb.

“Artsaxı dəstəkləmək və beynəlxalq platformalarda münaqişənin ədalətli həllinin vəkili olmaq lazımdır, bu isə yerli əhalinin təhlükəsizliyini, mədəniyyət abidələrinin təhlükəsizliyini təmin edəcək”,-deyə məktubda qeyd olunur.

Məktub müəllifləri Türkiyədəki ermənilərin, yunanların və assurların soyqırımı,eləcə də Sumqayıt, Bakı və Azərbaycanın digər şəhərlərində ermənilərin qırğınlarına toxunublar. Onlar onu da qeyd ediblər ki, Azərbaycan rəhbərliyi öz ritorikasında erməniləri it adlandırırlar.

“Türkiyənin Azərbaycanı dəstəklədiyini yenə də 100 il əvvəlki faciəli hadisələri xatırladır. Bundan başqa, Azərbaycan tərəfi hərbi əməliyyatlarda Suriya, Liviya, Əfqanıstan və Pakistandan olan muzdlulardan istifadə etmişdir. Münaqişənin hərbi yolla həllinə, insan haqları təhdidinə qətiyyətlə qarşıyıq, lakin Azərbaycan bunu Türkiyənin, “İslam Dövləti” müzdluların dəstəyi ilə həyata keçirir”,-deyə məktubda yazılır.

Ziyalılar yazırlar ki, Polşada İkinci Dünya Müharibəsi hadisələrin yalnız yaşlı insanların xatırlayırlar, lakin Artsaxda hər kəs belə mənzərələr gördü.

“Artsaxda minlərlə insan ölüm, ağrı və əzabla üzləşib, onlar evlərini, məbədlərini və xəstəxanalarını tərk etməli olublar”,- deyə onlar yazıblar.

Məktubda onu da qeyd olunur ki, noyabrın 9-da üç ölkə rəbhərinin imzaladığı Dağlıq Qarabağ bəyanatı bölgədəki sabitliyi pozur, həm də münaqişənin bütün Qafqaz bölgəsinə yayılmaqla təhdid edir.

Daha çox göstər
Back to top button