BaşlıcaBeynəlxalq

Le Drian: “Fransa Dağlıq Qarabağda atəşkəsə nail olmaq üçün çox səy göstərib”

“Sputnik Armeniya”nın verdiyi məlumata görə, Fransa Xarici işlər naziri Jan-İv Le Drian, fransız “El-Se” telekanalına verdiyi müsahibədə Fransa, ABŞ və Rusiyanın Qarabağ münaqişəsinin həllində böyük məsuliyyət daşıdığını söylədi.

“ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağdakı atəşkəsə riayət etməyi öz üzərlərinə götürdülər.

Minsk Qrupunun həmsədri olaraq Fransa atəşkəsə nail olmaq üçün çox səy göstəribdir”-deyə  Fransanın Xİ naziri qeyd edib.

Onun sözlərinə görə, Ermənistan Fransanın Qarabağ münaqişəsinin həlli üçün məsuliyyəti öz üzərinə götürməyə davam etməsini istəyir.

“Həm Ermənistan, həm də Azərbaycan rəhbərliyi tərəfindən Fransanın rolunu qorumağın vacibliyini vurğuladı.

Bu, Fransanın Ermənistana yardım göstərməsinə mane olmur. Təyyarə humanitar yüklə Yerevana gəlir.Digərisə gələn həftə gələcəkdir”-deyərək nazir bəyan edib.

Müsahibə zamanı o, xüsusilə ermənilərin və fransızların dost xalqlar olduğunu vurğuladı.

Xatırladaq ki, noyabrın 21-də Ermənistan Xarici işlər naziri Ara Ayvazyan Fransa Xarici işlər naziri Jan-İv Le Drian ilə telefon danışığı aparmışdı.

Xarici İşlər Nazirləri atəşkəsin qurulması, Artsaxa sülhməramlıların yerləşdirilməsinə dair üçtərəfli bəyanatdan sonra baş verənlər və bölgədəki vəziyyət barədə fikir mübadiləsi apardılar.

Daha çox göstər
Back to top button