
Rusiya tərəflərin dinc ayrılması üçün öhdəliklər götürərək Dağlıq Qarabağla bağlı müqaviləni imzalayarkən Rusiyayalnız vasitəçi rolunu ifa edib.Bu haqda RF Pezidenti Vladimir Putin bəyan edib.
“Rusiya yalnız vasitəçi rolunu ifa edib və bu sənədlə tərəflərin sülh yolu ilə ayrılması üçün məsuliyyəti öz üzərinə götürdü.
“Armenpress”in verdiyi məlumata görə bu haqda “Rosia-1” telekanalının efirində Putin bəyan edib.
O,müqavilənin müəlliflərinin üç tərəf – Rusiya, Ermənistan və Azərbaycan olduğunu vurğuladı.
“Orijinal mətnə gəldikdə, biz bunu üçümüz etmişik: təbii ki, mən Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan.
Başqa cür mümkün deyildi, çünki əslində bu iki tərəf arasında olan razılaşma idi”- deyərək RF prezidenti dəqiqləşdirib.
Putin, sənədi razılaşdırılması bütün tərəflər üçün “mürəkkəb və enerji tələb edən bir proses” olduğunu əlavə etdi. “Əslində, vasitəçi rolunu oynamalı, mətndəki tələblərini, iddialarını dinləməli idim.
Faktiki bu bərabər, adekvat üçtərəfli bir işdir” – deyərək Rusiya Prezidenti qeyd edib.