Başlıcaİctimaiyyət

Rusiyalı istehkamçılar Qarabağda minalardan təmizləmə işlərinə başlayıb: Bu aylar sürə bilər

Rusiya ordusunun mühəndislik xidmətinin rəisi, podpolkovnik Pavel Pautov jurnalistlərə açıqlamasında bildirib ki, Qarabağ ərazisinin sülhməramlıların məsuliyyəti altında minalardan təmizlənməsi bir neçə ay sürə bilər.

“Bu ərazidə hələ heç bir tələ-mina ilə qarşılaşmamışıq. Burada əsasən sovet istehsalı olan minalardan istifadə olunmuşdur: tank əleyhinə TM-62, personal əleyhinə PMN-2. İndi qoşunlar geri çəkilir və istehkamçılar minalardan təmizləmə işləri aparırlar”- deyə Pautov qeyd edib.

O qeyd edib ki, artıq yol hissələrindən birində 30-a yaxın tank əleyhinə mina tapılıb.

“Yolun qeyd edilmiş hissəsindəki marşrutlarda mühəndis kəşfiyyatı aparırıq. Rusiya hərbçilərinin müşahidə məntəqələri arasında partlayıcı maddələrin olması yoxlanılır … İlkin mərhələdə Şuşi şəhəri yaxınlığından keçən yolun qərb kənarının 4.9 kilometrlik hissəsi təmizlənir və döyüş əməliyyatlarından sonra partlayıcı maddələrdən təmizlənib”- deyə Pautov deyib.

Onun sözlərinə görə, humanitar minalardan təmizlənmə Qarabağ rəhbərliyinin müraciətiylə həyata keçirilir. torpaqlar, özəl sahələr ola bilər. Mühəndis kəşfiyyatı isə Rusiya hərbi texnikasının hərəkət etdiyi üçün rus hərbçilərinin mənafeyi naminə aparılır.

Daha çox göstər
Back to top button