Başlıcaİctimaiyyət
Ermənistanda daha 813 nəfərdə koronavirus aşkarlanıb

Noyabrın 24-ə olan məlumata görə, Ermənistanda daha 813 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 127 522-ə yüksəlib.
Pandemiyadan ölənlərin sayı 2002-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 507-ə yüksəlib. İndiyədək 98944 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 26069 aktiv koronavirus xəstəsi var. Ümumi olaraq 490370 test aparılıb.