ArtsaxBaşlıcaSiyasət

Qırmızı Xaç daha 400-500 əməkdaşını Artsaxa göndərəcək

Beynəlxalq Qırmızı Xaç Komitəsi Artsaxa daha 400-500 əməkdaşını göndərməyə planlaşdırır. Bu barədə “RBK”-yə müsahibəsində komitənin sədri Piter Maurer bildirib.

O bildirdi ki, son altı həftə ərzində Qırmızı Xaç Qarabağda humanitar missiyasının formatını dəyişdirib.

Maurer qeyd etdi ki, müharibədən əvvəl bölgə üçün Beynəlxalq Qımızı Xaç Komitəsinin büdcəsi 10 milyon İsveçrə frankı (təxminən 10.96 milyon dollar) təşkil etdi, 2021-ci ildə isə 45 milyon İsveçrə frankı ( 49.31 milyon dollardan çox).

“Deməli mövcuduğumuz dörd qat artıracağıq. Məsələn, orada çox az adamımız var, indi bölgəyə əlavə 400-500 işçi göndərməyi planlaşdırırıq. Son günlərdə mövcudluğumuz artırdıq”,- deyə Maurer bildirdi.

Komitənin sədri əlavə etdi ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Yerevanda, Bakı və Bərdədə ofisləri var.

Bundan əvvəl, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə Maurer bildirdi ki, Qırmızı Xaç Dağlıq Qarabağ məsələsi ilə bağlı Rusiya ilə əməkdaşlığı artırmaq niyyətindədir.

Daha çox göstər
Back to top button