Siyasət

RF Prezidenti, Ermənistana gömrük rüsumu olmadan neft qatranı tədarükünə dair protokolun təsdiq edilməsi haqqında qanun imzaladı

RF Prezidenti gömrük rüsumu olmadan Ermənistana heft qatranını tədarükü ilə bağlı protokolun təsdiq edilməsi barədə qanun imzaladı

Rusiya Prezidentinin rəsmi saytında yer alan məlumata görə, bu gün Rusiya Prezidenti Vladimir Putin, təbii qaz, neft məhsulları və təbii almaz tədarükündə Rusiya Federasiyası hökuməti ilə Ermənistan Respublikası hökuməti arasında əməkdaşlıq haqqında 2013-cü il  dekabrın  2-si Protokolun təsdiq edilməsi haqqında federal qanunu imzaladı.

Federal qanun Dövlət Duması tərəfindən 2020-ci il noyabrın 11-də  qəbul edilmiş və Federasiya Şurası tərəfindən 2020-ci il noyabrın 18-də  təsdiq edilmişdir.

Protokol Ermənistan Respublikasına ixrac rüsumu alınmadan neft qatranının tədarükünü nəzərdə tutur.

Daha çox göstər
Back to top button